Borrell poliomielit peyvəndi üçün Qəzzada atəşkəsə çağırır

Borrell poliomielit peyvəndi üçün Qəzzada atəşkəsə çağırır
  28 Avqust 2024    Oxunub:811
Avropa İttifaqının xarici siyasət komissarı Cozef Borrell Netanyahu administrasiyasını poliomielit peyvəndi etmək üçün Qəzzada 3 günlük humanitar atəşkəsə çağırıb.
AzVision.az xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb. Borrell poliomielit xəstəliyinin yayılmasının Qəzzada bütün uşaqları təhdid etdiyini söyləyərək peyvəndin vacibliyini diqqətə çatdırıb.

"Bizim insanlığımız bunu tələb edir",- deyə o bildirib.

Bundan əlavə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA), Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Uşaq Fondu (UNICEF), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və onların tərəfdaşları da Qəzzada 640 mindən çox uşağı poliomielit peyvəndi ilə təmin etmək üçün münaqişəyə humanitar fasilənin verilməsinə ehtiyac olduğunu bildirib.



Həmidə İbrahimova
AzVision.az


Teqlər: Qəzza   poliomielit   peyvənd   müharibə  





Xəbər lenti