Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib - 20 şübhəli saxlanılıb

Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib -    20 şübhəli saxlanılıb
  28 Avqust 2024    Oxunub:775
Türkiyənin 11 vilayətində FETÖ-yə qarşı davam edən “Kıskaç-25” əməliyyatlarında 20 şübhəli tutulub.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

Bildirilib ki, əməliyyatlar Adana, Ankara, Antalya, Çorum, Elazığ, İstanbul, İzmir, Ordu, Samsun, Kahramanmaraş və Vanda təşkil edilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində
şübhəlilərin təşkilatın qondarma "Hərbi Şəxsi" strukturunda fəaliyyət göstərdikləri, təşkilatın məsul şəxsləri ilə əlaqə saxladıqları, FETÖ-nun "ByLock" kriptokommunikasiya proqramının istifadəçiləri olduğu üzə çıxıb.

Nazir qeyd edib ki, terror təşkilatları və onların işbirlikçilərinə qarşı əməliyyatlar qətiyyətlə davam edəcək.



Həmidə İbrahimova
AzVision.az


Teqlər: Türkiyə   FETÖ   terrortəşkilatı  





Xəbər lenti