Zukerberq: “Ağ Ev "Facebook"a təzyiq göstərib”

      Zukerberq:    “Ağ Ev "Facebook"a təzyiq göstərib”
  27 Avqust 2024    Oxunub:1214
“Facebook” sosial şəbəkəsi bir neçə il ərzində Ağ Evin təzyiqi altında COVID-19 ilə bağlı materialları və yazışmaları öz səhifəsindən silib.
AzVision.az xəbər verir ki, Amerikanın “Meta” korporasiyasının sahibi Mark Zukerberq bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin sədri Cim Cordana yazdığı məktubda etiraf edib. Komitə, öz növbəsində, “X” sosial şəbəkəsindəki səhifəsində bu müraciətin mətnini paylaşıb.

“2021-ci ildə Bayden Administrasiyasının yüksək rütbəli məmurları, o cümlədən Ağ Ev, yumor və satira da daxil olmaqla müəyyən COVID-19 kontentini senzura etmək üçün işçilərimizə dəfələrlə təzyiq göstəriblər”, - həmin məktubda deyilir.

Hökumətin təzyiqinin yanlış olduğunu vurğulayan Zukerberq, korporativ işçilərin pandemiya adlanan həqiqəti çatdırmaqda “daha səmimi olmadıqlarından” təəssüfləndiyini bildirib. Onun iddiasına görə, həmin vaxt COVID-19 haqqında həqiqəti əks etdirən məlumatların paylaşılmasına qoyulan qadağaları pozduğu üçün “Facebook” 20 milyondan çox postu silib.

Digər “qadağan olunmuş” mövzu isə ABŞ prezidentinin oğlu Hanter Baydenlə bağlı qalmaqal olub. “Meta” şirkətinin rəhbəri etiraf edib ki, sosial şəbəkə administrasiyası bilərəkdən oğul Baydenin noutbukunun məzmunu ilə bağlı məlumatların yayılmasının qarşısını alıb ki, bu da Hanterin narkotik ticarəti və fahişəlik sahəsində cinayətlərdə iştirakına şahidlik edir.

Zukerberq özü bu qərarı yayılan faktların yoxlanılması zərurəti ilə əsaslandırıb. Bununla belə, onun sözlərinə görə, gələcəkdə korporasiya heç bir administrasiyanın təzyiqinə boyun əyməyəcək.

Bundan əvvəl “X” sosial şəbəkəsinin sahibi, milyarder İlon Mask “Telegram”ın yaradıcısı Pavel Durovun Fransada saxlanmasını şərh edərkən bildirmişdi ki, Zukerberq Durovdan fərqli olaraq hakimiyyət orqanları ilə əməkdaşlıq etdiyinə görə həbslə üzləşmir.

Durovun həbsi “Telegram”ın reytinqini artırıb
Xatırladaq ki, avqustun 24-də axşam Parisin “Le Burje” aeroportunda saxlanılan “Telegram”ın təsisçisi Pavel Durov 12 maddə üzrə cinayətlər törətməkdə şübhəli bilinir. Həmin ittihamlar sırasında Fransanın hakimiyyət orqanları ilə əməkdaşlıqdan imtina maddəsi də yer alıb.

“Platforma Avropa İttifaqının (Aİ) qanunlarına riayət edir və Durovun gizlədiləsi heç nəyi yoxdur. Platformanın və ya onun sahibinin bundan sui-istifadəyə görə məsuliyyət daşıdığını iddia etmək absurddur”, - şirkətdə əmindirlər.

Pavel Durovun Fransada həbsi də daxil olmaqla, son vaxtlar Qərbdə müxalif fikirli media orqanlarına və jurnalistlərə, habelə ictimai-siyasi xadimlərə göstərilən təzyiqlər əslində bütün dünyaya demokratiya, söz və mətbuat azadlığı dərsi keçmək iddiasında olnaların ikiüzlü siyasətini işfşa edir.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Zukerbarq   Bayden   təzyiq  





Xəbər lenti