ABŞ səfirliyi: Ermənistana öldürücü silahlar tədarük etmirik

      ABŞ səfirliyi:    Ermənistana öldürücü silahlar tədarük etmirik
  27 Avqust 2024    Oxunub:823
ABŞ nə birbaşa, nə də üçüncü tərəflər vasitəsilə İrəvana öldürücü silahlar tədarük etməyib.
Bu barədə AzVision.az -a ABŞ-nin Azərbaycandakı səfirliyindən məlumat verilib. Səfirlikdən bildirilib ki, regionda sabitlik və Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə nail olmaq ABŞ üçün mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, avqustun 21-də Caliber.az informasiya portalı öz mənbələrinə istinadən yazıb ki, Qərb dövlətləri, o cümlədən ABŞ üçüncü dövlətlərin köməyi ilə İrəvana öldürücü silahlar göndərir. Məlumatda Fransa, Almaniya və ABŞ silahlarının İran vasitəsilə Ermənistana çatdırıldığı vurğulanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti