ABŞ-ı səfərbər edən yeni virus: Şərqi at ensefaliti
Massaçusets ştatının bəzi bölgələrində ağcaqanadlardan insanlara keçən şərqi at ensefaliti virusuna qarşı tədbir görülməyə başlanıb. Səlahiyyətlilər sakinlərə ağcaqanad kovucu vasitələrdən istifadə etmələri, dərilərini örtən paltarlar geyinmələri və açıq havada gəzməyi minimuma endirmələri barədə xəbərdarlıq edib.
Bu nadir virus beyində iltihab yaradır və potensial olaraq ölümə gətirib çıxarır. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, şərqi at ensefalitinə yoluxmuş pasiyentlərin üçdəbir hissəsi ölür, salamat qalanların çoxunun baş beyni yüngül və ağır dərəcəli zədə alır.
Virus Şimali, Mərkəzi və Cənubi Amerika və Karib dənizində rast gəlinən zoonotik ağcaqanad vektorlu Toqavirusun yaratdığı infeksiyadır. Xəstəlik daha çox qırmızı ağcaqayın və ağ sidr bataqlıqlarında yayılır. Virus insandan insana keçmir.
Şərqi at ensefaliti virusuna yoluxan insanlarda adətən heç bir simptom göstərmir və xəstəlikdən asanlıqla sağalırlar. Bəzi hallarda yüksək hərarət, qusma, ishal, əzələ ağrısı və titrəmə kimi əlamətlər müşahidə olunur.
Həmidə İbrahimova
AzVision.az
Teqlər: Şərqiatensefaliti ABŞ virus