Solçular Makronu istefaya göndərmək istəyirlər

   Solçular Makronu istefaya göndərmək istəyirlər
  27 Avqust 2024    Oxunub:743
Solçu “Yenilməmiş Fransa” Partiyasının deputatları Milli Assambleyayay Emmanuel Makronun prezident postundan uzaqlaşdırılması təklifini göndərəcək.
AzVision.az xəbər verir ki, “Yenilməmiş Fransa” Partiyasının əlaqələndiricisi Manyuel Bompar belə açıqlama ilə çıxış edib.

“Respublikanın Prezidenti indicə son dərəcə ciddi qərar qəbul etdi. O, Lüsi Kasteni baş nazir təyin etməkdən imtina edir”, - Bompar bildirib.
Siyasətçinin sözlərinə görə, Emmanuel Makronun vəzifədən kənarlaşdırılması təklifi ölkə Konstitusiyasının 68-ci maddəsinə uyğun olaraq Milli Assambleyanın Bürosuna göndəriləcək.

Qeyd edək ki, bir neçə gün əvvəl sol ittifaq baş nazir vəzifəsinə iqtisadçı Lüsi Kastesin namizədliyini irəli sürmüşdü. Lakin Yelisey sarayının yayımladığı kommyunikedə bu təklifin keçmədiyi açıqlanıb.

- Məsləhətləşmələrdən sonra prezident bəyan etdi ki, “Yeni Xalq Cəbhəsi”nin yeganə proqramına əsaslanan hökumət dərhal parlamentdəki digər partiyalar tərəfindən etimadsızlıq səsverməsinə məruz qalacaq. Belə bir hökumət səmərəsiz olardı. Avqustun 27-də partiya nümayəndələri və dövlət qulluğunda fərqlənmiş təcrübəli siyasətçilər ilə məsləhətləşmələrin yeni mərhələsi başlayır”, - sənəddə deyilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Makron   istefa  





Xəbər lenti