Moldova prezidenti COVID-19-a yoluxdu

Moldova prezidenti COVID-19-a yoluxdu
  26 Avqust 2024    Oxunub:870
Moldova prezidenti Maya Sandu koronavirusa yoluxub.
AzVision.az xəbər verir ki, bu barədə prezident administrasiyasının rəhbəri Adrian Balutel teleqram kanalında məlumat verib.

Bildirilib ki, koronavirusa yoluxduğuna görə Sandu Respublikanın Müstəqillik Gününə həsr olunmuş tədbirlərdə iştirak edə bilməyəcək.

"O, özünü hazırda yaxşı hiss edir və bir müddət evdən işləyəcək",- deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Moldovada Müstəqillik Günü avqustun 27-də qeyd olunur və üç günlük bayram tədbirləri ilə müşayiət olunacaq.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: Moldova   MayaSandu   COVİD19  





Xəbər lenti