Zelenski: “Bütün məqsədləri açıqlaya bilmərəm”
“Uzun müddət tərəfdaşların köməyini almayan Ukrayna üçün çox çətin idi və bizim üçün təşəbbüsü ələ keçirmək çox çətin oldu, amma biz bunu etməli idik. Bu, bizim planın mərhələlərindən biridir və onu gördünüz. Bu işlədi. Amma bu məhz dediklərim üçün tam olaraq işlədi. Bu addımların bütün məqsədlərini sizə tam deyə bilmərəm. Hər şey bitdikdən sonra, əgər uğur qazansaq, bunu niyə və nə etdiyimiz bəlli olacaq”, - Volodimir Zelenski söyləyib.
Zelenski həm döyüş meydanında, həm də diplomatik istiqamətdə addımlardan danışıldığı halda Kiyevin yanaşmasının digər təkliflərdən daha çox sülhə yaxın olduğunu iddia edib.
- Artıq dünyanın bir çox ölkələrindən təkliflər dinlənilib. Hesab edirəm ki, bu gün deyilənlərin hamısı siyasi bəyanatlardır. Bu yol deyil. Bunlar heç bir düstur deyil. Bu, qətiyyən konkret deyil, heç kimin heç bir planı yoxdur. Siz “diplomatiya” deyəndə mən bunun yalnız tərəfdarıyam. Yalnız diplomatiya - mən konkret addımlar görmək istərdim və istərdim ki, bu, dövlətimizin 30 faizinin və əhalimizin hesabına olmasın. Əgər belə bir plan varsa, hamımız bunun tərəfdarıyıq”, - Ukryana prezidenti deyib.
Volodimir Zelenski bildirib ki, gələcək Sülh Sammitinin Qlobal Cənub ölkələrindən birində keçirilməsi yaxşı olardı. Bu baxımdan, Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə və İsveçrə kimi ölkələrin olduğuna diqqət çəkən Zelenski ikinci Sülh sammiti ilə bağlı Kiyevin bəzi aktorlarla danışıqlar apardığını qeyd edib. O, bu sammitin Hindistanda keçiirlməsi ilə bağlı ölkənin Baş naziri Narendra Modi ilə fikir mübadiləsi apardığını da açıqlayıb.
“Amma mən səmimi olmaq istəyirəm. Bu, təkcə Hindistana deyil, ikinci sammitin keçirilməsinə müsbət münasibət bəsləyən istənilən dövlətə aiddir. Sülh sammiti kommünikesinə qoşulmayan bir ölkədə onu keçirə bilmərik. Məncə bunu anlayırsınız. Heç kim heç kəsə təzyiq göstərmir, amma bu məntiqlidir”, - Ukrayna prezidenti vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az