İran XİN rəhbəri: "Cavabımız qəti olacaq"

      İran XİN rəhbəri:    "Cavabımız qəti olacaq"
  26 Avqust 2024    Oxunub:1400
"İranın Tehrandakı terror aktına (HƏMAS lideri İsmayıl Haniyənin qətlinə - red.) görə İsrailə cavabı qəti, dəqiq və hesablanmış olacaq".
Bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi italiyalı həmkarı (həmçinin Baş nazir) Antonio Tayani ilə telefon danışığında dilə gətirib. Tayani, öz növbəsində, Yaxın Şərqdə gərginliyin artmasından narahatlığını dilə gətirib və tərəfləri "təmkinli davranmağa" çağırıb.

"İran münaqişəni böyütməyə maraqlı deyil, ancaq lazım gələrsə, belə bir addımdan çəkinməyəcək", - Əraqçi vurğulayıb.
WP: "İran "Hizbullah"ı hücuma şirnikləndirir"

Xatırladaq ki, Fələstinin HƏMAS terror təşkilatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə iyulda Tehrandakı iqamətgahında raket zərbəsi ilə qətlə yetirilib. İranın ali dini lideri Əli Xamenei sui-qəsddə İsraili günahlandıraraq, bu ölkəyə hücum əmri verib. Digər tərəfdən, "Hizbullah"ın ali hərbi komandiri Fuad Şükrün Livanda öldürülməsi bu qruplaşmanın da İsrailə qarşı hiddətini artırıb. Vaşinqton, öz növbəsində, Yaxın Şərqdə mümkün İran-İsrail müharibəsinin qarşısını almaq məqsədilə regiondakı qüvvələrinin sayını artırıb. İran ABŞ-nin təzyiqi nəticəsində guya hücum fikrindən daşındığını göstərsə də, "əslində, belə deyil". İsrail mediasının ötən günlərdə yazdığına görə, "hücum bu ölkənin ali hökumət məmurlarının sui-qəsdi şəklində həyata keçirə bilər".

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   İsrail   münaqişə   İtaliya  





Xəbər lenti