HƏMAS Təl-Əvivi vurdu

   HƏMAS Təl-Əvivi vurdu
  25 Avqust 2024    Oxunub:1151
Fələstinin HƏMAS hərəkatının hərbi qanadı "İzzəddin əl-Qəssam Briqadaları" Təl-Əvivə raket hücumu təşkil etdiyini açıqlayıb. Bununla bağlı məlumat hərəkatın rəsmi Telegram kanalında dərc olunub.
“Düşmənin mülki əhaliyə qarşı cinayətlərinə cavab olaraq, əl-Qəssam briqadasının döyüşçüləri Təl-Əviv istiqamətində raket atıblar”, - deyə məlumatda bildirilir. Raketin hədəfləri vurub-vurmadığı barədə məlumat verilmir.

AzVision.az



Teqlər:





Xəbər lenti