Yoav Qalant amerikalı həmkarına zəng etdi

Yoav Qalant amerikalı həmkarına zəng etdi
  25 Avqust 2024    Oxunub:1075
İsrailin müdafiə naziri Yoav Qalant amerikalı həmkarı Lloyd Ostin ilə telefonla danışıb. Bu barədə Ynet News portalı məlumat yayıb.
Bildirilib ki, Qalant Ostinə İsrail Müdafiə Qüvvələrinin şiə Hizbullah hərəkatına qarşı əməliyyatı barədə məlumat verib.

"İsrail vətəndaşları üçün gözlənilməz təhlükənin qarşısını almaq məqsədi ilə Livana dəqiq zərbələr endirdik. Beyrutdakı hadisələri diqqətlə izləyirik və vətəndaşlarımızı qorumaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə etməyə qərarlıyıq", - Ynet News Galantın sözlərini sitat gətirir.

“Jerusalem Post” qəzeti nazirlərin söhbətinin İsrailin şimalında şiə “Hizbullah” hərəkatının raket buraxılışı xəbərləri fonunda baş verdiyini qeyd edib.

Bundan əvvəl “The Times of Israel” qəzeti bazar günü Livandan İsrailə doğru 320 raket atıldığını yazmışdı.

Uğur Əlizadə
AzVision.az



Teqlər:





Xəbər lenti