Həbsxana əməkdaşlarını öldürən terrorçular məhv edildi

Həbsxana əməkdaşlarını öldürən terrorçular məhv edildi
  23 Avqust 2024    Oxunub:1103
Rusiyanın Volqoqrad vilayətində 19 saylı cəzaçəkmə müəssisəsində baş verən insident nəticəsində Penitensiar Xidmətin 4 əməkdaşı həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Penitensiar Xidməti (PX) açıqlama yayıb.

Açıqlamada bildirilir ki, İŞİD üzvü olduğunu bildirən dörd məhbus müəssisədə 8 əməkdaşı və 4 məhkumu girov götürüb. Girov götürülənlərdən bəziləri müqavimət göstərib.

Terrorçular dörd əməkdaşa kəsici-deşici alətlərlə müxtəlif dərəcəli xəsarətlər yetiriblər. Onlardan üçü yerində ölüb, müqavimət göstərən daha dörd əməkdaş xəstəxanaya yerləşdirilib. Onlardan biri xəstəxanada keçinib.

Qeyd edək ki, Rusiya Qvardiyasının keçirdiyi əməliyyat nəticəsində terrorçuların dördü də məhv edilib, girovlar azad olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti