ABŞ Çinlə müharibəyə hazırlaşır
Münaqişə olacağı halda ABŞ-nin HHQ komandanlığı Çinin Yaponiyadakı bazalara və Quam adasındakı irimiqyaslı raket hücumundan ehtiyat edir, çünki bundan sonra Amerika aviasiyasının Sakit Okean regionunda fəaliyyət göstərmək qabiliyyəti kəskin şəkildə azalacaq.
Bununla bağlı “Agile Combat Employmen” (“Çevik Döyüş Tətbiqi”) konsepsiyasının həyata keçirilməsinə başlanılıb. Həmin plana əsasən, HHQ bölmələri daha çox yerlərdə və daha kiçik obyektlərdə yerləşdiriləcək və bu, aviasiyanın sağ qalmaq imkanını artıracaq. Habelə, HHQ-nin minimum sayda struktur və avadanlıqla mülki hava limanlarında və aerodromlarda yerləşə bilməsi nəzərdə tutulur.
“Lakin bu cür bazalara hücum təhlükəsini də aradan qaldırmaq mümkün olmayacaq. Təhlükə heç də Sakit Okeanın geniş ərazilərini çətin keçə biləcək dronlardan çox, ballistik və qanadlı raketlərdən gələcək. Raketdən müdafiə sistemləri hər bazanı əhatə edə bilməyəcək, ona görə də konkret obyekti qorumaq üçün lazım gəldikdə raketdən müdafiə sisteminə malik bölmələr öz yerlərini dəyişməli olacaqlar”, - general Ellvin bildirib.
O qeyd edib ki, praktikada etibarlılıq nümayiş etdirən başqa bir texnika yalançı hədəflərin quraşdırılmasıdır. Generalın sözlərinə görə, həmçinin, bazaların komandanlığının sabitliyinin təmin edilməsinə, elektron müharibədən və kiberhücumlardan qorunma tədbirlərinə vaxt ayrılmalıdır.
Sahil İsgəndərov
AzVision.az