Moskva: "Yaxın Şərq üzrə yeni qətnamə lazımdır"

      Moskva:    "Yaxın Şərq üzrə yeni qətnamə lazımdır"
  23 Avqust 2024    Oxunub:1230
Rusiya BMT-nin Təhlükəsizlik Şurasının (TŞ) üzvlərinə Yaxın Şərqdə vəziyyətin nizamlanmasına dair “Qəzza zolağında zorakılığa son qoymağa imkan verəcək” yeni sənəd hazırlamaq və qəbul etmək təklifini verib.
AzVision.az bildirir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski belə açıqlama verib.

“Başıbəlalı amerikalı həmkarlarımızın bizim qarşımızda komediya oynaması və yerdəki diplomatik səylərinin tez nəticə verəcəyinə dair boş vədlərini davam etdirməsi fonunda biz nə vaxta qədər fəaliyyətsiz qalacağıq? Əgər BMT TŞ-nın 2735 saylı qətnaməsi yerinə yetirilmirsə, onda gəlin spoylerlərə (mane olnalara) onların hərəkətlərinin nəticəsiz qalmayacağına dair aydın siqnal verən yeni sənəd qəbul edək. Həm də öz qətnaməmizi qarşıdurmanın bu və ya digər tərəfin şıltaqlıqdan asılı olmayaraq zorakılığı dayandırmağa kömək göstərəcək vasitələrlə təchiz edək”, - Polyanski BMT TŞ-nin Yaxın Şərqdəki vəziyyəti müzakirə edən yığıncağında deyib.

Xatrıladaq ki, iyunun 10-da BMT TŞ ABŞ tərəfindən hazırlanmış 2735 saylı və Vaşinqtonun məlumatına görə, İsraillə Fələstinin radikal HƏMAS hərəkatı arasında atəşkəs razılaşmasını dəstəkləməsini nəzərdə tutan qətnamə layihəsini qəbul edib. TŞ-nin 15 üzvündən 14-ü həmin sənədi dəstəkləyib. Rusiya səsvermədə bitərəf qalıb. Çinin BMT-dəki daimi nümayəndəsi Fu Konq isə səsvermədən sonra bu qətnamənin bir çox aspektlər baxımından birmənalı olmadığını vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   BMT   YaxınŞərq  





Xəbər lenti