Səfir: "Kiyev ABŞ-nin razılığı olmadan barmağını da qaldıra bilməzdi"

      Səfir:    "Kiyev ABŞ-nin razılığı olmadan barmağını da qaldıra bilməzdi"
  23 Avqust 2024    Oxunub:1084
"Ukrayna Vaşinqtondakı "ağaları"nın iradəsindən kənar heç bir iş tutmur".
Bu sözləri jurnalistlərə müsahibəsində Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov deyib. Kurskdakı vəziyyətdən danışan diplomat Ukrayna Silahlı Qüvvələrinin buraya hücumunun ABŞ-nin təşviqi ilə baş tutduğuna eyham vurub.
Kiyev Kurska hücum niyyətini Qərbdən gizlədib?

"Nəzərə alsaq ki, Zelenskinin ətrafında bir yığın məsləhətçi var, Kiyevə böyük kəşfiyyat gücü verilir, deməli (ABŞ-nin - red.) hücumdan xəbər tutmadığını söyləmək düzgün deyil. Birmənalı başa düşmək lazımdır ki, Kiyev Vaşinqtonun razılığı olmadan nəinki hərəkətə keçməyə, heç barmağını qaldırmağa da cürət göstərə bilməzdi. Başqa ifadə ilə desək, Ukrayna özünün istənilən addımının Qərb dövlətləri tərəfindən dəstəklənəcəyinə əmindir", - Antonov vurğulayıb.

O bildirib ki, "Kurskdakı Ukrayna qüvvələri mütləq məhv ediləcək".

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   Ukrayna   Kursk   ABŞ  





Xəbər lenti