İlham Əliyevin xatırlatdığı Ceyms Bond kadrları – VİDEO

İlham Əliyevin xatırlatdığı Ceyms Bond kadrları – VİDEO
  11 İyul 2014    Oxunub:1128
“Bibiheybət buxtasının əvvəlki görüntülərinə nəzər salsaq görərik ki, biz nə dərəcədə böyük işlər görmüşük. İndi orada ağaclar əkilib, park salınıb. O, böyük bir fəlakət zonası idi. Ceyms Bond haqqında filmi orada çəkmişdilər. Təqribən on il bundan əvvəl böyük bir fəlakət zonası kimi çəkmişdilər”.

Bu sözləri Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev deyib. Dövlət başçısı daha sonra əlavə edib ki, Bibiheybətin o filmdəki və indiki vəziyyətini müqayisə etmək olar: “İndi biz orada incəsənət, idman şəhərcikləri salırıq. Avropa Oyunlarına hazırlıq məqsədi ilə orada böyük Su İdmanı Sarayı və açıq meydançalar tikilir. Böyük hovuzlar, istirahət zonaları, idman meydançaları olacaqdır. Oyunlardan sonra isə onlardan vətəndaşlar da istifadə edəcəklər. Bax, budur bizim gördüyümüz işlər”.

AzVision.az xatırladır ki, Prezident `Bondiana`nın 1999-cu ildə çəkilən `Dünya bəs eləməz` (The world is not enough) adlı 19-cu filmini nəzərdə tutur. Filmdə həmin dövrdə çox aktual olan Bakı-Ceyhan kəmərinin çəkilməsi, Xəzər neftinin Qərbə çatdırılması mövzusuna toxunulurdu.

Filmdə baş rolları Pirs Brosnan, Sofi Marso, Cudi Denç, Deniz Riçards, Robert Karlayl oynayıblar.

Filmin Azərbaycanda çəkilən məşhur kadrlarını bir daha oxucularımıza təqdim edirik:

AzVision.az







Teqlər:  





Xəbər lenti