Maşın dərəyə aşdı

Maşın dərəyə aşdı
  11 İyul 2014    Oxunub:931
Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib. AzVision.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qəza bu gün səhər 8.30 radələrində Bakı-Şamaxı-Yevlax magistralının Ceyrankeçməz ətrafında qeydə alınıb. Yolu sürətlə hərəkət edən 50 CE 973 nömrəli dövlət nişanlı Wolksvagen Passat markalı avtomobil sürücüsü idarəetməni itirərək, maşını dərəyə aşırıb.

Qəza nəticəsində sürücü ağır xəsarət alıb. Hadisə yerinə Təcili Tibbi Yardım xidməti gələnə kimi yoldan keçənlər yardım göstərməyə çalışır.




Teqlər:





Xəbər lenti