Ermənistanın növbəti təxribatının qarşısı alındı

 Ermənistanın növbəti təxribatının qarşısı alındı
  19 Avqust 2024    Oxunub:900
Avqustun 19-da saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun üzbəüz mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. "Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb", - deyə məlumatda qeyd edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti