Bakıda intiraha cəhd

Bakıda intiraha cəhd
  11 İyul 2014    Oxunub:857
Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər kişinin intihara cəhd etməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən müəyyən olunub ki, həmin şəxs çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsindən atmaq niyyətindədir. Xilasedicilər hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşla müvafiq söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını alıblar. Qeyd edilən şəxs aidiyyəti üzrə təhvil verilib.

Xilasetmə əməliyyatı saat 19:18-də başa çatıb.


Teqlər:





Xəbər lenti