Təşkilat sədri: “Gənclər seçki proseslərində könüllü kimi də fəal iştirak etməlidirlər”
O qeyd edib ki, ərazi bütövlüyümüzün bərpası ilə Azərbaycan yalnız işğala son qoymayıb, həm də xalqın birliyini və milli iradəsini gücləndirib. “Xalqın birliyi seçkilərdə də özünü göstərəcək. Bu seçkilər ölkənin siyasi, iqtisadi və sosial sahələrdə daha möhkəm təməllərə sahib olmasına şərait yaradacaq. Milli Məclisə seçkilər müstəqil Azərbaycanın demokratik inkişafı üçün yeni imkanlar açır. Bu tarixi mərhələ Azərbaycanın beynəlxalq arenada mövqeyini daha da gücləndirəcək, ölkənin müstəqilliyinin və suverenliyinin qarantı olan yeni parlamentin formalaşmasına və davamlı inkişafın təmin edilməsinə zəmin yaradacaq. Azərbaycanın suverenliyi hər bir vətəndaş üçün qürur mənbəyi olmalıdır və bu seçkilər bu qüruru daha da artıracaq”.
Asim Vəliyev onu da vurğulayıb ki, seçkilərdə gənclərin fəal iştirakı onların özlərini inkişaf etdirmələri üçün də əhəmiyyət kəsb edir: “Gənclər seçkilərdə iştirak edərkən, öz ideallarını və dəyərlərini müdafiə edən namizədləri dəstəkləməli və cəmiyyətin daha çox inkişaf etməsinə töhfə verməlidirlər. Gənclərə ictimai fəallığı artırmağı, seçki proseslərinə könüllü kimi də qatılmağı tövsiyə edirik. Bu, onların gələcəkdə daha aktiv və məsuliyyətli vətəndaş olmasına kömək edəcək”.
Teqlər: