Dəhşətli qəzalar: 5 ölü, 12 yaralı

Dəhşətli qəzalar: 5 ölü, 12 yaralı
  11 İyul 2014    Oxunub:1018
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 66 cinayət faktı qeydə alınıb, onların da 29-u “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 12 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 24 nəfər tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti