Azərbaycan lideri brazilyalı həmkarına başsağlığı verib

   Azərbaycan lideri brazilyalı həmkarına başsağlığı verib
  12 Avqust 2024    Oxunub:853
Azərbaycan Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya başsağlığı məktubu göndərib.
AzVision.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

San-Paulu ştatında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Braziliya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

AzVision.az



Teqlər:





Xəbər lenti