Türkiyədə teleqrama bağlana bilər

Türkiyədə teleqrama bağlana bilər
  12 Avqust 2024    Oxunub:3258
Türkiyə rəsmiləri teleqramdan narkotik maddələrin satışı, fahişəliyin təbliği, qumar oyunları və uşaq pornoqrafiyası ilə bağlı videoların yayılması üçün istifadəyə görə onun bloklanması ehtimalı barədə xəbərdarlıq edib.
Bu barədə “Takvim” qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Türkiyə Texnologiya və Rabitə Şurası teleqramın baş ofisinə qanunsuz fəaliyyət üçün istifadə edilən kanalların bağlanması tələbi ilə mindən çox xəbərdarlıq göndərib, lakin hələ də cavab almayıb.

Qeyd edək ki, Türkiyədə 8 milyona yaxın teleqram istifadəçisi var.

AzVision.az


Teqlər:





Xəbər lenti