Atatürk prospektinin bir hissəsi təmir olunub

Atatürk prospektinin bir hissəsi təmir olunub
  07 Avqust 2024    Oxunub:773
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonunun Atatürk prospektində (Səttar Bəhlulzadə küçəsindən Fətəli xan Xoyski küçəsinə qədər) apardığı təmir işlərini yekunlaşdırıb.
AzVision.az agentliyə istinadən xəbər verir ki, təmir işləri çərçivəsində sözügedən prospektdə köhnə asfalt-beton örtüyünün frezlənməsi, yolun profilə salınması, yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının və yağış barmaqlıqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunub.

“İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə icra olunan təmir işlərinin son mərhələsində sözügedən ərazidə üfüqi nişanlanma xətlərinin çəkilişi işləri yerinə yetirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti