“Hövsan” bazarında nöqsanlar aşkarlanıb
Bazarda ət məhsullarının açıq havada satıldığı, toyuq əti satışı üçün soyuducu vitrinlərin, süd və süd məhsullarının satışı sahələrində isə saxlanc və satış üçün soyuducuların olmadığı müəyyən edilib. Həmçinin meyvə və tərəvəz məhsullarının birbaşa döşəmə üzərində yığılaraq satıldığı, satış vitrinlərinin texniki işlək vəziyyətə gətirilmədiyi aşkarlanıb. Bundan başqa, bazar daxilində abadlaşdırma işlərinin aparılmadığı, işçilərin sanitar geyimlərlə təmin edilmədiyi məlum olub. Müəyyən edilib ki, piştaxtalar asan yuyulub təmizlənə bilən materialdan təşkil olunmayıb.
Agentliyin Bakı regional bölməsinin əməkdaşları tərəfindən nöqsanların aradan qaldırılması məqsədilə icrası məcburi göstərişlər verilib, maarifləndirici işlər həyata keçirilib.
AzVision.az
Teqlər: