FHN: Küləkli hava şəraitində dənizə girmək təhlükəlidir

   FHN:    Küləkli hava şəraitində dənizə girmək təhlükəlidir
  07 Avqust 2024    Oxunub:930
Küləkli hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi çimərliklərə üz tutan vətəndaşlara müraciət edib.
Bu barədə nazirlikdən AzVision.az -a məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün və sabah ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında havanın küləkli olacağı, küləyin arabir güclənəcəyi gözlənilir.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

AzVision.az



Teqlər:





Xəbər lenti