Üç bacı bağlı otaqda ac qaldıqları üçün ölü tapılıb

Üç bacı bağlı otaqda ac qaldıqları üçün ölü tapılıb
  29 İyul 2024    Oxunub:3312
Rusiyada 3 nəfər yeməkdən imtina etdiyi üçün ölüb. Bu barədə “Fontanka” Telegram kanalında məlumat yayılıb. Qeyd edilir ki, hadisə Sankt-Peterburqda baş verib.
Məlumata görə, onlar bacı olublar. 35, 29 və 19 yaşı olan qadınlar 24 yaşlı qardaşı ilə şəhərin Primorski rayonunda dörd otaqlı mənzildə yaşayırmış.

Paylaşımda qeyd edilib ki, ehtimala görə, onlar hansısa təriqətin üzvü olublar. Bacılar iki ay əvvəl yeməkdən imtina edib, bayıra çıxmayıblar. Onlar heç kimi, yaxınlarını belə otağa buraxmırlarmış. Bacıların qardaşı ilə heç bir əlaqəsi olmayıb.

"Böyük qardaş mənzilə baş çəkərək bacılarını qızının ad gününə dəvət etmək istəyib. O, qadınları ölü tapıb. Həkimlərin ilkin rəyinə görə, bacılar təxminən iki həftə əvvəl ölüblər. Onların bədənlərində xəsarət izi olmayıb", - paylaşımda yazılıb.
Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti