İki İsrail vətəndaşı HƏMAS əsirliyində ölüb

   İki İsrail vətəndaşı HƏMAS əsirliyində ölüb
  22 İyul 2024    Oxunub:1243
HƏMAS terror təşkilatı Qəzza zolağında əsir saxladığı daha iki israilli həyatını itirib.
AzVision.az xəbər verir ki, bu barədə İsrail Əsirlər və İtkin Ailələr Forumu məlumat yayıb.

Ölən şəxslərin oktyabrın 7-də HƏMAS-ın hücumu zamanı Qəzza ilə sərhədə yaxın qəsəbədəki evlərindən əsir götürüldükləri bildirilir. Onlar 35 yaşlı səs mühəndisi Yaqev Buxştab və 76 yaşlı tarixçi Aleks Dansiqdir.

"Əsirlərin ölmələri danışıqlarda ləngimənin faciəvi nəticəsidir", - forumun məlumatında vurğulanır.

Onların hansı şəraitdə öldükləri naməlumdur. İsrail Ordusu faktı araşdırır.

Yeri gəlmişkən, Qəzzada saxlanılan israilli əsirlərin indiyədək təqribən 1/3-nin qiyabi öldüyü açıqlanıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   HƏMAS   müharibə   əsir   itki  





Xəbər lenti