Ukraynada 3 mindən çox məhkum müharibədə iştirak etmək üçün azadlığa buraxılıb

Ukraynada 3 mindən çox məhkum müharibədə iştirak etmək üçün azadlığa buraxılıb
  22 İyul 2024    Oxunub:764
“3,8 minə yaxın ukraynalı məhkum müharibəyə qatılmaq üçün Ukrayna həbsxanalarından azad edilib”.
AzVision.az xəbər verir ki, bu barədə “Guardian” məlumat yayıb.

5,9 min məhbus Ukrayna Silahlı Qüvvələrinə qoşulmaqda maraqlı olduğunu bildirsə də, səhhətlərindəki problemə görə azadlığa buraxılmayıblar.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski həbsxanada cəza çəkən cinayətkarların səfərbər edilməsi haqqında qanun layihəsini imzalayıb. Ukrayna Ədliyyə Nazirliyinin rəis müavini Yelena Vısotskaya mayın 30-da bildirib ki, 4 minə yaxın məhbus Ukrayna Silahlı Qüvvələrində xidmət etmək arzusunu bildirib. Eyni zamanda Ukrayna Baş Prokurorluğunun ofisi bildirib ki, artıq 800-ə yaxın məhkum Ukrayna Silahlı Qüvvələri sıralarına qoşulub.

Bundan əlavə qanunun qüvvəyə mindiyi vaxtdan 5 minə yaxın məhbus Ukrayna Silahlı Qüvvələrinə qoşulmaq üçün ərizə verib, 2 minə yaxın məhbus tibbi müayinədən keçib və məhkəmə tərəfindən səfərbərliyə buraxılıb.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: Ukrayna   müharibə   məhbus  





Xəbər lenti