Rusiya ordusu itkilərlə bağlı "qırmızı xətti" keçdi

Rusiya ordusu itkilərlə bağlı "qırmızı xətti" keçdi
  22 İyul 2024    Oxunub:1207
Rusiya ordusu Ukraynada apardığı müharibədə itkilərlə bağlı növbəti dəfə "qırmızı xətti" keçib.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd edilir ki, son 24 saat ərzində canlı qüvvə ilə bağlı itkilər 1050 nəfər təşkil edib: "Tammiqyaslı işğalın başlandığı gündən isə təxminən 567 760 nəfər məhv edilib", - "Unian" Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən yazıb.

Bildirilir ki, rusların xeyli sayda texnikası da sıradan çıxarılıb. Təkcə zirehli döyüş maşınları ilə bağlı statistikada 15 980 texnikanın vurulması bildirilir. Son sutka ərzində isə 17 maşın məhv edilib. Bundan başqa, 15637 artilleriya sistemləri (son sutka ərzində +51 ədəd), 900 hava hücumundan müdafiə sistemləri (+4), 12475 PUA(+73), 8284 tank (+18) da sıradan çıxarılıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başlasalar da, bu, uğurlu olmayıb. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Rusiya  





Xəbər lenti