Peskov Baydenin geri çəkilməsi haqqında: "Səbirli olaq"

   Peskov Baydenin geri çəkilməsi haqqında:    "Səbirli olaq"
  22 İyul 2024    Oxunub:1097
Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidenti Co Baydenin yenidən seçilmək uğrunda yarışdan imtinasına münasibət bildirib.
AzVision.az xəbər verir ki, o bu barədə "SHOT" "Telegram" kanalına açıqlamasında bildirib.
Bayden namizədliyini geri götürdü

"Prezident (Putin - red.) əvvəllər demişdi ki, Baydenin namizədliyi Rusiya üçün daha üstündür. Hər halda, seçkilərə hələ 4 ay var. Belə uzun müddətdə çox şey dəyişə bilər. Səbirli olmaq, növbəti hadisələri izləmək lazımdır. Bizim prioritetimiz isə (Ukraynada - red.) xüsusi hərbi əməliyyatdır", - Peskov diqqətə çatdırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   ABŞ   prezident   seçkilər  





Xəbər lenti