Kennedi: "Trampı yalnız mən məğlub edə bilərəm"

Kennedi:  "Trampı yalnız mən məğlub edə bilərəm"
  22 İyul 2024    Oxunub:961
ABŞ prezidentliyinə müstəqil namizəd Robert Kennedi deyib ki, Ağ Evə rəhbərlik uğrunda mübarizə "iki nəfərlik yarışa" çevrilib. Prezident Baydenin seçkilərdə şok effekti verən geri çəkilməsindən sonra yalnız o, Donald Trampı məğlub edə bilər.
Bu fikirlər Fox News-da dərc olunan məqalədəndir.

Bayden namizədliyini geri götürdü
"Bazar günü Kennedi ailəsinin Masaçuse ştatında Hyannis Port-dakı məşhur malikanısində tələsik çağırılan mətbuat konfransında çıxış edən Kennedi Baydeni tərifləməklə yanaşı, Demokratlar Partiyasının liderlərlərini onun əqli, psixi problemlərini ört-basdır etməkdə günahlandırdı",- nəşr yazıb.

Xatırladaq ki, dünən ABŞ prezidenti Cozef Bayden noyabrda keçiriləcək prezident seçkilərində yenidən namizəd olmaq niyyətində olmadığını bildirib. O, bu barədə X-də (keçmiş Twitter) bəyanat yayıb.

Tural Tağıyev

AzVision.az



Teqlər:   ABŞ   Namizəd   Seçki  





Xəbər lenti