Banqladeşdə baş verən etirazlarda 105 nəfər öldürülüb

Banqladeşdə baş verən etirazlarda 105 nəfər öldürülüb
  20 İyul 2024    Oxunub:1458
Banqladeş hakimiyyəti komendant saatı başlayandan sonra Dəkkə və ölkənin digər şəhərlərinə hərbi qüvvələrin daxil edildiyini açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, tələbə etirazçılarla polis arasında toqquşmalar zamanı azı 105 nəfər həlak olub, 700-dən çox insan yaralanıb.

Banqladeşin baş naziri Şeyx Hasinanın sözçüsü Naimul İslam Xanın sözlərinə görə, hökumət komendant saatı tətbiq etmək və mülki hakimiyyətə yardım üçün silahlı qüvvələri göndərmək qərarına gəlib.

Banqladeşdə etirazlar bu ay ölkədəki özəl və dövlət universitetlərindən yüzlərlə tələbənin 1971-ci ildə müstəqillik uğrunda döyüşənlərin qohumları üçün işə qəbul kvotalarına etiraz etməsindən sonra başlayıb. Onlar ayrı-seçkilik hesab olunur.

AzVision.az



Teqlər:





Xəbər lenti