İtaliya mafiyası ilə bağlı 100-dən çox adam saxlanılıb

 İtaliya mafiyası ilə bağlı 100-dən çox adam saxlanılıb
  20 İyul 2024    Oxunub:1322
Mayın 3-də Avropanın 6 ölkəsində böyük mafiya klanının cinayətlərində əli olmaqda şübhəli bilinən onlarla insan həbs edilib.
AzVision.az "Politico"ya istinadən xəbər verir ki, İtaliyanın cənubundakı Kalabriya bölgəsindən olan “Ndrangheta” adlı mafiya təşkilatının cinayətlərinin araşdırılması çərçivəsində axtarışların İtaliya, Almaniya, Fransa, İspaniya, Portuqaliya və Belçikada aparıldığı məlum olub.

Təkcə İtaliyada polis mafioz birliklərdə iştirakda şübhəli bilinən 108 nəfəri həbs edib. Onlar silah və narkotik satışında ittiham olunurlar.

Almaniyada polis ölkənin 5 rayonunda 30-dan çox adamı həbs edib, həmçinin onlarla ev, mənzil və ofisdə axtarış aparıb. Belçikada 20-yə yaxın evdə axtarış aparılıb və nəticədə asayiş keşikçiləri “Ndrangheta”nın üzvü olduğu iddia edilən yüzdən çox şəxsi saxlayıblar.

Əməliyyatın altı ölkədən yüzlərlə təhlükəsizlik qüvvələrinin iştirak etdiyi Europol və Aİ-nin məhkəmə əməkdaşlığı üzrə agentliyinin birgə araşdırmasından sonra həyata keçirildiyi vurğulanır.

AzVision.az




Teqlər:





Xəbər lenti