“7 rayonun qaytarılmasından söhbət gedə bilməz”

A.Əzimovun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 7-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində çıxışı zamanı bildirib ki, 7 rayondan başqa Dağlıq Qarabağ ərazisi də işğal altındadır.
Nazir müavini bildirib ki, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, işğal altında olan Daqlıq Qarabağ və ona bitişik 7 rayon boşaldılmalıdır: "Azərbaycan tərəfi həmişə bu məsələni belə qoyub. Bizim dövlət başçımız həmin nitqində bunu bir daha təsdiq edib".