Kiyev SES vurulsa paytaxt su altında qalacaq?

Kiyev SES vurulsa paytaxt su altında qalacaq?
  19 İyul 2024    Oxunub:1316
Son günlər Ukrayna paytaxtının su altında qalması üçün Kiyev Su Elektrik Stansiyasının (SES) vurulacağına dair məlumatlar yayılır. Ukrayna mediası paytaxta yaxın 2 SES-in olduğunu xatırladıb.
UNİAN-da dərc olunan məqalədə qeyd edilir ki, Ukrayna Müdafiə Qüvvələrinin strukturlarındakı bir neçə mənbə Kiyev SES-in bəndininin kənardan zərbə ilə dağıtmağın mümkün olmadığını deyib.

"Bu o demək deyil ki, bənd 100 faiz toxunulmazdır. Zərbə olacağı təqdirdə bəzi ziyanların olması mümkündür. Lakin Kiyev su altında qalmayacaq",- məqalədə yazılıb.

Rəsmilər də hansısa hücumun ciddi fəasadlara səbəb olacağına inanmırlar.
"Bəndi hətta raketlə məhv etmək mümkün deyil. Kiyev su elektrik stansiyasının bəndinin dağıdılması yalnız nüvə partlayışının köməyi ilə mümkündür", - "Ukrhidrolayihə"nin mətbuat xidmətinin rəhbəri Vladislav Ryabenko deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti