Monastrı PUA ilə vurdular, ölən var

Monastrı PUA ilə vurdular,    ölən var
  19 İyul 2024    Oxunub:1302
Ukraynaya məxsus kamikadze Pilotsuz Uçuş Aparatı (PUA) Qornalın Kursk kəndi yaxınlığındakı monastırı vurub.
AzVision.az xəbər verir ki, bu barədə bölgənin rəhbəri Aleksey Smirnov məlumat yayıb.

“Monastr ərazisində baş vermiş partlayış nəticəsində yerli sakin həlak olub. Onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, - deyə rayon rəhbəri Aleksey Smirnov bildirib.

Qeyd edək ki, Ukrayna müharibəsi başlayandan tərəflər dini obyektlərə demək olar ki, hücumlar təşkil etmirlər.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti