Husilər Tel-Əvivə raket zərbəsi endiriblər - FOTO

   Husilər Tel-Əvivə raket zərbəsi endiriblər -    FOTO
  19 İyul 2024    Oxunub:1383
Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" terror təşkilatı İsrailin Tel-Əviv şəhərini raket və 4 PUA ilə hədəfə alıb.
AzVision.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Al Arabiya" agentliyi məlumat yayıb.

Raket və 3 PUA ərazidəki ABŞ qüvvələri tərəfindən hədəfə çatmadan havadaca vurulub.

Dördüncü PUA isə Tel-Əviv səmasında partlayıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 4-ü yaralanıb.

"Husi" qruplaşması hücumu öz üzərinə götürərək, "fələstinlilərə dəstək məqsədilə Tel-Əvivə doğru birbaşa hücumların davam edəcəyini" bildirib.

Adətən, Qırmızı dəniz və ətrafında İsraillə əlaqəli gəmilərə zərbə endirən husilərin bu ölkəyə doğru ilk birbaşa hücumu Yaxın Şərqdə eskalasiya riskini artırmaqdadır. Digər tərəfdən, İsrail və "Hizbullah" arasında Livan sərhədi boyunca şiddətlənən toqquşmalar istər yerli, istərsə də avropalı hökumət nümayəndələrini regionda böyük müharibə cəbhəsi açılması təhlükəsi ilə bağlı təşvişə salmaqdadır. Ötən gün Livanda "İslam Camaatı" təşkilatının komandirinin öldürülməsi belə bir təhlükə astanasında Yaxın Şərqdəki daha bir çox terror qruplaşmasının münaqişəyə qoşulacağından xəbər verir.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   husilər   raket   PUA  





Xəbər lenti