Ərizə qəbulu başa çatır

Bildirilib ki, ümumi orta təhsil bazasında ( 9 illik) orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi iyulun 2-də başlanmış və bu proses iyulun 10-da saat 23:59-da başa çatacaq.
Qeyd edək ki, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi” yalnız təsdiq edildikdən sonra hüquqi əhəmiyyətə malik olur.
Məlumat üçün qeyd edək ki, ixtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılırlar. 2014-2015-ci tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar
“Abituriyent” jurnalının 3-cü sayında dərc olunub. Abituriyentlər eyni zamanda elektron ixtisas seçimi ərizəsindən keçid etməklə kolleclərə qəbul aparılan ixtisasların siyahısı ilə tanış ola bilərlər.
Sevinc İltifatqızı
AzVision.az