Olaf Şolzdan Donald Trampa sui-qəsd cəhdini və Maskın özünün mümkün ölümünü dəstəkləyən postlar yazan alman komediya ustası Sebastyan Xotsun açıqlamasına münasibət bildirməsini tələb edib.
“ABŞ prezidentliyinə aparıcı namizədin və mənim ölməyimi istəyən bir şəxs bunun üçün Almaniya hökumətindən pul alır? Bu nədir?”, - yazdığı postda Şolzun akkuntunu qeyd edən İlon Mask cavab istəyib.
Amerikalı iş adamı dövlətə məxsus RBB-də (“Radio Berlin və Brandenburq”) işləyən Hotsun istifadəçiyə mesaj göstərdiyi bir yazıya belə reaksiya verib. Komediya ustası həmin yazıda İlon Maskın müəmmalı şəraitdə mümkün ölümü ilə bağlı fikirlərini şərh edərək, heç nəyin ona sahibkarın bu bəyanatından daha çox ümid vermədiyini bildirib.
Almaniya kansleri Olaf Şolz hələ ki, İlon Maskın yazdığı posta cavab verməyib. Amma yəqin ki, bu cavab özünü çox gözlətməyəcək. Belə ki, Donald Trampa qarşı törədilən sui-qəsddən sonra İlon Mask “X” sosial şəbəkəsində Trampı tam dəstəklədiyini və onun tez sağalacağına ümid etdiyini yazıb. ABŞ-nin potensial prezidenti Trampa qarş sui-qəsdlə bağlı İlon Maskın sorğusunu suyu da üfürə-üfürə içən Olaf Şolzun cavabsız qoyacağı heç inandırıcı görünmür.
ABŞ-da potensial qaliblər cütlüyü müəyyənləşdi |
Sahil İsgəndərov
AzVision.az