Ursula fon der Lyayen: “Aİ-ni müdafiə ittifaqına çevirəcəyəm”

   Ursula fon der Lyayen:    “Aİ-ni müdafiə ittifaqına çevirəcəyəm”
  18 İyul 2024    Oxunub:1470
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ikinci müddətə bu vəzifəyə seçiləcəyi təqdirdə Aİ-nin müdafiə sənayesini gücləndirmək, həmçinin Avropanın müdafiə üzrə komissarı postunu yaratmaq niyyətində olduğunu bildirb.
AzVision.az xəbər verir ki, xanım Lyayenin Avropa Parlamentinə seçkilər ərəfəsində 2029-cu ilə qədərki fəaliyyəti barədə açıqladığı proqrama istinad edən “Reuters” və “Bloomberg” agentliklər belə məlumat yayıblar.

“Növbəti beş il ərzində bizim işimiz əsl Avropa müdafiə ittifaqının yaradılmasına yönəldiləcək”, - xəbərdə deyilir.

Bundan əlavə, onun proqramına uyğun olaraq Ursula fon der Lyayen indi tutduğu vəzifəyə yenidən seçildikdən sonra ilk 100 gün ərzində Avropa müdafiəsinin gələcəyi ilə bağlı yeni sənəd hazırlamağı planlaşdırır. Onun təklifləri arasında bu ideyalar da yer alıb:

1.Avropa Sərhəd və Sahil Mühafizəsi zabitlərinin sayını üç dəfə artıraraq 30 minə çatdırmaq.
2.“Avropa Hava Qalxanı” və kibermüdafiə layihələri kimi yeni pan-Avropa müdafiə layihələri hazırlamaq.


Avropa İttifaqında Mişel-Ursula qarşıdurması güclənir
Qeyd edək ki, Avrokomissiyanın rəhbəri vəzifəsində Ursula fon der Lyayenin qalması təklifini Avropa Parlamentinin təsdiqləyəcəyi heç bir şübhə doğurmur. Hərçənd, Avropa Şurasının, demək olar ki, artıq keçmiş prezidenti Şarl Mişel hər vəchlə buna mane olmağa çalışırdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:     Lyayen  





Xəbər lenti