"Hazırkı vəziyyətdə istənilən razılaşma Trampa şillə kimi dəyə bilər, Baydenin isə qələbə ehtimalını artırar", - o vurğulayıb.
Nazirin bu fikirləri digər hökumət nümayəndələri tərəfindən etirazla qarşılanıb.
Trampa qarşı sui-qəsd törədilib |
Ben-Qvir bu sözləri, görünür ki, ABŞ-nin sabiq lideri, yenidən prezidentliyə namizəd Donald Trampın ötən şənbə sui-qəsd cəhdinə uğraması fonunda söyləyir. Çünki "məzlum vəziyyətə düşərək" seçkilərdə qalib gəlmə şansını artıran Tramp dünyadakı müharibə ocaqlarından birinin Bayden hökuməti vasitəçiliyi ilə "söndürülməsi"ndən məmnun qalmaz. Axı belə şəraitdə öz şansını rəqibinə uduza bilər...
Firudin Həmidli
AzVision.az