Çexiya Rusiya ilə müharibəyə hazırlaşır

  Çexiya Rusiya ilə  müharibəyə hazırlaşır
  18 İyul 2024    Oxunub:1370
Amerikanın səsdən sürətli 24 F-35 qırıcılarını almaqla Pyotr Fialanın başçılıq etdiyi indiki Çexiya hökuməti Rusiya ilə münaqişəyə hazırlaşır.
AzVision.az xəbər verir ki, Çexiyanın sabiq baş naziri, hazırda “Narazı vətəndaşların aksiyası” hərəkatının rəhbəri Andrey Babiş “Parlamentni Listy” nəşrinə müsahibsəində belə deyib.

“Fialanın hökuməti, görünür, yalnız 11 ildən sonra peyda olacaq F-35 təyyarələrindən istifadə etməklə Ruisya ilə müharibə aparmağı arzulayır”, - Babiş vurğulayıb.

Qeyd edək ki, bu ilin yanvar ayında Çexiya və ABŞ ümumi dəyəri 150 milyard çex kronu (təxminən 6,5 milyard dollar) təşkil edəcək 24 ədəd səsdən sürətli F-35 qırıcı təyyarələrinin alınmasına dair saziş imzalayıb. Bu, Çexiya ordusunun tarixində ən böyük maliyyə əməliyyatıdır.

İlk F-35-ləri yalnız 2031-ci ildə Çexiyaya gələcək və tam şəkildə 2035-ci ildə Praqaya təhvil veriləcək. Amerika qırıcıları 2069-cu ilə qədər Çexiyanın milli hava məkanını qoruyacaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Babiş   Çexiya  





Xəbər lenti