Ayda aşkarlanan mağara alimlərin sığınacaq yeri olacaq

Ayda aşkarlanan mağara alimlərin sığınacaq yeri olacaq
  16 İyul 2024    Oxunub:2522
Alimlər Ayla bağlı yeni maraqlı məlumat yayıblar.
"CNNTürk" yazıb ki, elm adamlarının Ayda uzunmüddətli təcrübələrin aparılması üçün istifadə edə biləcəkləri mağara aşkarlayıblar.

Mağara "Apollon 11" kosmik gəmisinin endiyi yerdən təqribən 400 kilometr aralıda yerləşir. Elm adamları mağaranın bir zamanlar lava prosesləri nəticəsində meydana gəldiyini bildiriblər. Alimlər qeyd ediblər ki, bu təbii sığınacaq rolunu oynayacaq ərazi Ayın sərt şəraitindən qorunduğu üçün gələcəkdə uzunmüddətli tədqiqatların aparılmasında astronavtları təhlükəsiz şəkildə qonaq edə bilər.
Süsən Kərimova
AzVision.az



Teqlər:





Xəbər lenti