Səfir: "Bayden İsrailə dəstəkdə öz mənfəətini güdür"

      Səfir:   "Bayden İsrailə dəstəkdə öz mənfəətini güdür"
  10 İyul 2024    Oxunub:948
"ABŞ Prezidenti Co Baydenin İsrail və HƏMAS arasında atəşkəs və əsirlərin buraxılması üzrə razılaşmaya dəstək verməsinin bir səbəbi (ölkə daxilində - red.) etibar qazanmaqdır".
AzVision.az xəbər verir ki, bu sözləri İsrailin ABŞ-dəkı səfiri Mayk Hersoq Ordu Radiosuna açıqlamasında deyib.

"Bayden belə bir razılaşmanı öz nailiyyəti kimi mənimsəmək istəyir. Əlbəttə, onun səyində əsas səbəb bu deyil, ancaq siyasi tərəfi də var", - o vurğulayıb.

Səfir həmçinin müharibə fonunda ABŞ və İsrail arasında anlaşmazlıqları da toxunub.

"Bu, ya digər məqamlara baxmayaraq, əlaqələrimiz güclüdür. Apardığımız vacib işlərin əksəriyyəti ictimaiyyətə açıqlanmır", - Hersoq bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   ABŞ   HƏMAS   müharibə  





Xəbər lenti