Xoruz olar, buğa olar, qurd olmaz?!

   Xoruz   olar,   buğa olar, qurd    olmaz?!
  08 İyul 2024    Oxunub:1938
Boz qurdun türklüyün rəmzi olması nəyə görəsə çoxlarını qıcılandırır. Halbuki, təkcə türklərdə belə deyil. Başqa millətlərin də heyvan simvolları var.
Məsələn, buğa simvolu ispanlar üçün o qədər əzizdir ki, bu heyvanın fiqurlarına az qala hər yerdə rast gəlmək mümkündür. Hətta 1994-cü ildə buğa heykəllərini yolların kənarlarından yığışdırmaqla bağlı qanun qəbul olunmuşdu. Lakin cəmiyyətdə böyük etiraz doğurduğundan, İspaniya parlamenti geriyə addım ataraq, onların mədəni əhəmiyyətli simvol olduğunu elan etdi.

Fransanın məşhur "Xoruz"una da hər yerdə, xüsusilə futbol çempionatları zamanı rast gəlmək olar. “Ayı” deyəndə isə hər kəsin ağlına Rusiya gəlir.

Amma qurd mövzusu hələ qapanmayıb. "Apennine Wolf" adlı boz rəngli dişi qurd İtaliyanın simvolu sayılır. Bunu nəzərə alaraq, gələcək futbol çempionatlarında italiyalı oyunçular çox ehtiyatlı olmalıdırlar.

Məqsədim dövlətlərin heyvan simvolları sadalamaq deyil. Demək istədiyim odur ki, milli kimliyini hansısa heyvanla assosiasiya edən təkcə türklər deyillər. Digər millətlərin simvolları heç bir qıcıq doğurmadığı kimi, Boz Qurda da sakit yanaşmaq lazımdır. Bu simvol kimisə narahat edəcək heç bir qorxulu anlam daşımır!


Yunis Xəlilov
Naxcıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi





Teqlər: Boz-qurd  





Xəbər lenti