Dövlət Komitəsindən saqqallılara cavab

AzVision.az xəbər verir ki, bu məlumatlarla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən anspress-ə bildirilib ki, DQİDK ölkədəki dini vəziyyətə nəzarəti həyata keçirir və adıçəkilən məsələlər də diqqət mərkəzindədir. Dövlət Komitəsi bu istiqamətdə araşdırma aparıb müvafiq addımlar atacaq.
"Eyni zamanda bildiririk ki, dini duruma mənfi təsir edə biləcək istənilən addımların qarşısı alınacaq".
Xatırladaq ki, sosial şəbəkələrdə Sabirabadda çəkildiyi iddia edilən bir video yayılıb. Həmin vidoeda bir qrup şəxs sələfi təriqətinə məxsus şəxsi dövrəyə alıb onun saqqalını qırxdığı əks olunub.