İlham Əliyev: `Xəbər məni dərindən sarsıtdı`

İlham Əliyev: `Xəbər məni dərindən sarsıtdı`
  08 İyul 2014    Oxunub:1188
Azərbaycan Prezidenti İlham Əliyev bu gün vəfat edən Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin oğluna başsağlığı verib.
AzVision.az xəbər verir ki, başsağlığı məktubunda deyilir: `Sizin atanız, Azərbaycan xalqının böyük dostu Eduard Amvrosiyeviç Şevardnadzenin vəfat etməsi xəbəri məni dərindən sarsıtdı.

Bütün dünyada haqlı hörmət və böyük nüfuz qazanmış görkəmli dövlət xadimi, bütün gücünü qardaş Gürcüstana fədakarcasına xidmətə həsr etmiş gözəl insan dünyasını dəyişib.

Xalqlarımızın iki dahi oğlunun – Heydər Əliyevin və Eduard Şevardnadzenin böyük dostluğu bizim xatirimizdə həmişəlik qalacaq.

Sizin və bütün ailəniz üçün bu ağır anda öz adımdan və bütün ailəmiz adından Sizə dərin hüznlə başsağlığı verir və kədərinizi bölüşürük. Bu ağır və əvəzsiz itki ilə əlaqədar kədərinizə və dərdinizə ürəkdən şərik oluruq.


Teqlər:





Xəbər lenti