`Leyla Yunusla bağlı müvafiq tədbirlər görüləcək`- Prokurorluq

"L.Yunusova istintaqa gəlməyəcəyi təqdirdə barəsində hansı qərarlar qəbul edilə bilər" sualını cavablandıran E.Sultanov deyib ki, L.Yunusova Azərbaycan Respublikasının vətəndaşıdır və digər vətəndaşlar kimi, o da öz növbəsində, qanunların tələblərinə riayət etməklə onlara hörmətlə yanaşmalıdır: "Əks təqdirdə, barəsində cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək".
AzVision.az