“Google Translate”ə 110 yeni dil əlavə olunacaq

“Google Translate”ə 110 yeni dil əlavə olunacaq
  27 İyun 2024    Oxunub:3242
“Google” texnologiya korporasiyası “Google Translate” onlayn tərcüməçisinə 110 yeni dil əlavə edəcək
AzVision.az xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda deyilir.

“İstifadə etdiyimiz dillərin sayını artırmaq üçün süni intellekt texnologiyasından istifadə edirik. Nəhəng PaLM 2 dil modelimizlə tariximizdəki ən böyük genişlənmə olan “Google Translate”ə 110 yeni dil əlavə edəcəyik”, - məlumatda qeyd olunub.

Əlavə olunacaq dillər arasında avar, başqırd, buryat, çeçen, çuvaş, osetin, udmurt, çukça, tuvan, yakut, krım-tatar, tibet, portuqal (Avropa versiyası), şimali sami, breton və s. var.

Qeyd edilir ki, ümumilikdə bu dillərdə 614 milyon insan və ya dünya əhalisinin 8%-i danışır.

AzVision.az



Teqlər:





Xəbər lenti